...

Bakı qəsəbələrində investisiya layihələrinin maliyyələşdirilməsinə 130 milyon manatdan çox güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 15:54 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirib.
Bakı qəsəbələrində investisiya layihələrinin maliyyələşdirilməsinə 130 milyon manatdan çox güzəştli kredit ayrılıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 24-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış ildə 19,2 milyon ədəd polipropilen kisə istehsal etmək gücünə malik olan müəssisənin fəaliyyətinə baxış keçirilib.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan kiçik və orta həcmli istixanaların, üzümçülük və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında qeyd edib ki, Fondun vəsaitləri hesabına 2013-cü ilin ötən dövrü ərzində 2536 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 196.5 milyon manat güzəştli kredit verilib. Bildirilib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 550 investisiya layihəsinin maliyyələşdirilməsinə 133 milyon manat (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 4600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 24 sahibkarlıq subyektinə 3.3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, zəfəran istehsalı, şirniyyat məhsullarının, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 300-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti