Azərbaycan, Bakı, 29 iyul / Trend, müxbir E. İsmayılov /
"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) həyata keçirdiyi Bakı-İstanbul aviareysinin (Sabiha Gökçen aeroportu) yubanma müddəti məlum deyil. Bu barədə bazar ertəsi Trend-ə aviaşirkətdən məlumat verilib.
Şirkətdən bildiriblər ki, təyyarə Bakıdan yerli vaxtla saat 07:45-də yola düşməli idi.
Aeroportdan deyiblər ki, "reys yubanır və yubanmanın müddəti hələlik məlum deyil".
Aeroportdan reysin yubanmasının səbəbləri barədə məlumat verilmir. İlkin məlumatlara görə, reysin yubanmasına səbəb texniki nasazlıq olub.