...

Azərbaycanda il ərzində sənaye məhsullarının istehsalçı qiymətləri 5,2 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2013 16:14 (UTC +04:00)
2013-cü ilin iyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,2 faiz aşağı düşüb.
Azərbaycanda il ərzində sənaye məhsullarının istehsalçı qiymətləri 5,2 faiz azalıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 avqust /Trend/

2013-cü ilin iyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,2 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,3 faiz ucuzlaşıb, xam neft və təbii qaz hasilatı üzrə isə 4,8 faiz bahalaşıb.

İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 5,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,1 faiz, elektrik avadanlıqlarının istehsalı və zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,6 faiz, içki istehsalı və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti üzrə və qida məhsullarının istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kimya sənayesi üzrə 2,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi üzrə 2,2 faiz, toxuculuq sənayesi üzrə 1,6 faiz, kağız və karton istehsalı üzrə 1,2 faiz, geyim istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,8 faiz, mebel istehsalı üzrə 0,3 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə və həmçinin, avtomobil və qoşquların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti