...

“TuranBank” müştərilərə loyallıq proqramı çərçivəsində keçirilən aksiyanın nəticələrini elan edib.

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2013 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend /

"TuranBank"ın 21 yaşının tamam olması münasibətilə keçirilən "21-cilər" aksiyası çərçivəsində 21 nəfər müştəriyə 100 AZN mədaxil edilmiş MasterCard Standard bank kartı hədiyyə olundu.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, 12.06.2013-12.07.2013 tarixləri aralığını əhatə edən aksiya ərzində bankın filiallarında minimum 2100 AZN məbləğində əmanət yerləşdirmiş 21-ci depozit müştərisi və 2100 AZN-dən 10,000 AZN-dək istehlak krediti əldə edən 21-ci kredit müştərisi bank tərəfindən mükafatlandırılmışdır. Qaliblər sırasında TuranBankın Baş ofisinin, Bakı, Yasamal, Nəsimi, Sumqayıt, Gəncə, Zaqatala, Ağstafa və Tovuz filiallarının müştəriləri yer almışdır.

Müştərilərə loyallıq proqramı çərçivəsində keçirilən "21-cilər" aksiyasının əsas məqsədi, "TuranBank" üçün əlamətdar hesab olunan Bankın yaranma tarixi münasibətilə müştəriləri mükafatlarla sevindirmək və eyni zamanda onlara hədiyyə olunan plastik kartlar vasitəsilə nağdsız ödənişlərin istifadəsini təşviq etmək idi. Bank, bu qəbildən olan aksiyaları mütəmadi olaraq keçirməyi planlaşdırır.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın hal-hazırda 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı bankın www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti