...

Azərbaycan ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənilməsinin tətbiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2013 13:03 (UTC +04:00)
Bakı şəhərində ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənilməsinə keçidlə bağlı işlərin birinci mərhələsi yekunlaşır.
Azərbaycan ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənilməsinin tətbiqinə hazırlaşır

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir E.İsmayılov/

Bakı şəhərində ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənilməsinə keçidlə bağlı işlərin birinci mərhələsi yekunlaşır. Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, hazırda gediş haqqının kart sistemi ilə ödənilməsi ilə bağlı proses əvvəlcədən planlaşdıran qrafikə uyğun olaraq davam edir. Hazırda Bakı şəhərində işləyən min avtobusda validatorların (Plastik kartlardan məlumatları oxuyan qurğu) quraşdırılması işləri yekunlaşdırılır.

Həsənov vurğulayıb: "Xidmətin istifadəyə veriləcəyi tarix barədə danışmaq hələlik çətindir, lakin növbəti ay ərzində sistem fəaliyyətə başlamalıdır".

Onun sözlərinə görə, kart sisteminin tətbiqinin birinci mərhələsi çərçivəsində Nəqliyyat Nazirliyi min avtobusu əhatə etməyi planlaşdırır. Ümumilikdə, Bakı şəhərində hazırda təxminən 2500 avtobus işləyir və onların yeni sistemlə əhatə olunmasını 2014-cü ilin sonuna qədər yekunlaşdırmaq planlaşdırılır: "İlkin mərhələdə yalnız min avtobus əhatə olunacaq, lakin kart sisteminə keçid proqramını 2013-2014-cü illər ərzində reallaşdırmaq planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti