...

Azərbaycanda sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyi ilə bağlı Çexiya təcrübəsi öyrənilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2013 14:06 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın əməkdaşları Çexiya Milli Əlillər Şurasının dəvəti ilə avqustun 19-dan 26-dək Praqada təcrübə səfərindədir. Bu barədə cümə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanda sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyi ilə bağlı Çexiya təcrübəsi öyrənilir (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın əməkdaşları Çexiya Milli Əlillər Şurasının dəvəti ilə avqustun 19-dan 26-dək Praqada təcrübə səfərindədir. Bu barədə cümə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məqsəd sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyi və BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının milli qanunvericiliyə tətbiqi mexanizmi sahəsində Çexiya təcrübəsini öyrənməkdir.

Səfər "World Vision İnternational" humanitar təşkilatı yanında "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər" layihəsinin işçi ekspert qrupunun tərkibində baş tutub. Qrupun tərkibinə Milli Məclis Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev və "World Vision İnternational" humanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov daxildir.

Səfər çərçivəsində Çexiya Nazirlər Kabineti yanında Əlilliyi olan şəxslərlə iş üzrə Dövlət Komitəsində, Çexiyanın Əmək və Sosial Rifah Nazirliyində, Çexiya Milli Əlillər Şurasında və aidiyyatı qeyri-hökumət təşkilatlarında görüşlər keçirilib.

Görüşlərdə BMT-nin qeyd olunan Konvensiyasının Çexiyanın milli qanunvericiliyinə implementasiyasının mövcud mexanizmi və sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyi ilə bağlı həyata keçirilən praktika öyrənilib. Habelə bu sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti