...

AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2013 18:59 (UTC +04:00)
23 avqust 2013-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan, Bakı, 23 avqust /Trend /

23 avqust 2013-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə fonddan Trend-ə daxil olan məlumatda bildirilir

Hərracda 1 investor iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 9 947 000 manat təşkil etmişdir.

Sifariş 100,4833 % qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 000 000 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 06 noyabr 2022-ci ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti