...

“Bank of Baku” yeni tədris ili ərəfəsində növbəti nağd pul kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2013 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust /Trend /

2013-2014 yeni tədris ili ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Ənənəvi olaraq yeni dərs ili ərəfəsində valideynlərin xərcləri artır. Beləliklə, 2-6 sentyabr tarixləri arasında hər bir Bolkart sahibi bir çox gündəlik ehtiyaclarını, o cümlədən övladlarının dərs qayğılarını bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər.

2-6 sentyabr tarixləri arasında kartından pul çıxaran Bolkart sahibləri oktyabrın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı - 3 %. Nağdlaşdırma limiti 1000 manat təşkil edir. 10 oktyabr tarixindən sonra ödənilməmiş məbləğə görə aylıq 2.5 faiz tutulacaq.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti