...

"Amrahbank"ın mənfəəti üç dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2013 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Amrahbank" ASC 2013-cü ilin ilk 8 ayını 4 milyon manat mənfəətlə başa vurub. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, 2013-cü ilin 8 ayının nəticələrinə görə, "Amrahbank" ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 4 milyon manat təşkil edib.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti