Azərbaycan, Bakı, 10 sentyabr /Trend /
Sentyabırin 20-də keçiriləcək Neftçilər Günü münasibəti ilə "Expressbank"da neft sektorunun işçiləri üçün yeni kredit kampaniyasına start verilib.
Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, bu kampaniya çərçivəsində neftçilər 10 000 manatadək krediti standart faizlərdən 8 faiz endirimlə əldə edə bilərlər. Kreditin müddəti 24 ay təşkil edir.
Kampaniyanın keçirilmə şərtləri ilə www.expressbank.az saytında və ya 132 Məlumat Mərkəzinə zəng vurmaqla tanış olmaq olar.
"Expressbank" ASC müasir bank texnologiyalarından istifadə etməklə, fərqli xidmətiylə müştərilərində məmnunluq yaradan, peşəkar və motivasiyalı komandaya malik, sərmayələrinin dəyərini daim artıran bankdır.