...

Bu ilin 8 ayında DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,6 faizi qeyri-büdcə sektorunun payına düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 14:39 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1749,7 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 30,9 mln. manat və ya 1,8 faiz çoxdur.
Bu ilin 8 ayında DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,6 faizi qeyri-büdcə sektorunun payına düşüb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Axundov/

İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1749,7 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 30,9 mln. manat və ya 1,8 faiz çoxdur. Trend-in DSMF-nin İctimaiyyətlə əlaqə sektoruna istinadən verdiyi məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 30,2 mln. manat və ya 3,1 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,0 faiz və ya 106,9 mln. manat artaraq 998,5 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,6 faizi və ya 634,7 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 104,4 mln. manat və ya 19,7 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 18,2 faiz və ya 97,9 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 45,0 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 25,1 faiz artıb.

2013-cü ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 363,8 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,2 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2013-cü ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1658,8 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1626 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 54,2 mln. manat və ya 3,4 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 3,4 faiz və ya 51,7 mln. manat artaraq 1586,7 mln. manat təşkil edib. Cari ilin 8 ayı ərzində əhaliyə 39,3 mln. manat məbləğində müavinət ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti