...

Hər kəsin bankı Tovuzda

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 17:00 (UTC +04:00)
Bu gün Tovuz şəhəri, Sabir küçəsi 21 (Mərkəzi poçtla üzbəüz) ünvanında Unibankın daha bir filialının açılışı olub
Hər kəsin bankı Tovuzda

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bu gün Tovuz şəhəri, Sabir küçəsi 21 (Mərkəzi poçtla üzbəüz) ünvanında Unibankın daha bir filialının açılışı olub. Filial rayon əhalisinin və eləcə də ətraf bölgələrin sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. "Tovuz" filialı, pərakəndə kreditlərin verilməsiylə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün mikrokreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Regional filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. "Tovuz" filialı Unibankın regionlarda açılan 13-cü filialıdır. Yeni filialın açılışı ilə Unibankın filial şəbəkəsi 32-yə çatdı.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti