...

Ad gününə dəvətlisiniz! (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2013 19:00 (UTC +04:00)
Düz bir il əvvəl 28 Mall alış-veriş mərkəzi yarandı və düz bir ildir ki, Unibank 28 Mall-la əməkdaşlıq edir!
Ad gününə dəvətlisiniz! (FOTO)

Düz bir il əvvəl 28 Mall alış-veriş mərkəzi yarandı və düz bir ildir ki, Unibank 28 Mall-la əməkdaşlıq edir!

Bu ad günündə Unibank-ın 28 Mall-da alış-veriş edənlərə hədiyyəsi var -yalnız 28 Mall uçün nəzərdə tutulan xususi dizaynlı ALBALI 28 Mall kartı. Bu xüsusi kart 28 Mall-ın 1 yaşına, onun sevimli müştərilərinə hədiyyədir.

28 Mall ticarət mərkəzinin 1 yaşı münasibətilə keçirilən təntənəli mərasimin iştirakçıları isə bu şən ad günü əhval-ruhiyyəsini heç zaman unutmayacaqlar.

Tələsin! 28 Mall-da ALBALI kartının verdiyi özəl süprizlərdən faydalanın.

Unibankın və 28 Mall ticarət mərkəzinin birgə layihəsi olan ko-brand kartları burda alış-veriş edən müştərilərə xüsusi güzəştlər təqdim edir.

Cəmi 5 manat qiyməti olan bu kart, sahibinə bir çox üstünlüklər verir. Kartları Unibankın Bakı filiallarından əldə etmək mümkündür.Müştərilər Ko-brand kartlarını sentyabrın 18-dən etibarən əldə edə biləcəklər.

Ən əsası isə co-brand kartı olanlar, 28 Mall ticarət mərkəzində Albalı ilə etdikləri 3 taksitdən yuxarı alış-veriş zamanı bir ay daha artıq taksit imkanı qazanacaqlar.

Yaxın gələcəkdə isə ALBALI kart sahibləri 28 Mall-da xüsusi lotereyada da iştirak edib müxtəlif hədiyyələr qazana biləcəklər.

Unibank ilə 28 MALL ticarət mərkəzi arasında 1 ildən artıqdır ki davam edən uğurlu əməkdaşlıq, yeni mərhələyə qədəm qoyur. Alıcıların gündəlik alış-veriş məkanına çevrilən bu ticarət mərkəzi, ALBALI kart sahiblərinin sevimli ünvanıdır.

Qeyd edək ki, şəxsi kabinetlərindən əlavə ALBALI kart sahibləri unikal proqramdan istifadə etmək imkanı da qazanıblar.

Qoşul! Fərqlən! Faydalan!

Bu aplikasiya Albalı kart sahibləri üçün Unibank tərəfindən Facebook-da eksklüziv imkanlar yaradıb. Kart sahibləri 3 və daha artıq müddətə alış- veriş edərkən, ballar yığmaqla hədiyyələrə sahib olacaqlar. Bu proqram yığdığınız ballar, qazandığınız hədiyyələr və etdiyiniz alış-veriş haqda məlumatları dostlarınızla bölüşməyə də imkan verir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Qoşul! Fərqlən! Faydalan!

ALBALI - çox-çox sərfəli kart.

Unibank - hər kəsin bankı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti