...

Qeyri-neft sektoru vergi daxilolmalarının yarısından çoxunu təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2013 14:30 (UTC +04:00)
2013-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 486 milyon 614,8 min manat təşkil edib.
Qeyri-neft sektoru vergi daxilolmalarının yarısından çoxunu təmin edib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 486 milyon 614,8 min manat təşkil edib.

Trend-in Vergilər Nazirliyinin saytında dərc olunan məlumata istinadən verdiyi məlumata görə, bu məbləğin 38,6 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 12 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,6 faizi aksizlərin, 17,8 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 405 milyon 61,2 min manat vəsait daxil olub.

Yanvar-avqust aylarında respublika üzrə 49 min 963 vergiödəyici, o cümlədən elektron qaydada 29 min 261 (58,6 faiz) vergiödəyici qeydiyyata alınıb. 1 sentyabr 2013-cü il tarixə qeydiyyatda olan vergiödəyicilərin ümumi sayı 523 min 599 olub.

2013-cü ilin yanvar-avqust ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti