Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
TuranBank Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 2% endirim edir.
1994-cü il sentyabr ayının 20-də müstəqil Azərbaycanın inkişafında yeni bir səhifə açan, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış "Əsrin müqaviləsi" adı ilə tanınan neft müqavilələri imzalandı. Məhz həmin gün, Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il Azərbaycanda neftçilərin peşə bayramı kimi qeyd olunur.
TuranBank neft-qaz sənayesində çalışan mütəxəssisləri "Neftçilər" Günü münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.
TuranBank, 20 - 24 sentyabr tarixləri aralığında peşə bayramları münasibətilə neft-qaz sənayesi işçiləri üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 2% endirim edir! Göstərilən tarixlərdə TuranBankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim TuranBankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.
TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.