...

“Muğanbank” ASC Beynəlxalq Banklararası Konfransın baş sponsoru olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Moskva Beynəlxalq Valyuta Assosiasiyasının ("MMBA") təşkilatçılığı ilə 2-6 oktyabr tarixlərində Kalininqrad şəhərində "Banklararası maliyyə bazarında tənzimləmə ilə bağlı yeniliklər və müasir texnologiyalar" mövzsunda Beynəlxalq Banklararası Konfrans keçiriləcəkdir.

Beynəlxalq konfransın baş sponsoru qismində "Muğanbank" ASC çıxış edir.

Tədbirdə dövlət tənzimləmə orqanlarının nümayəndələri, bankların, birjaların, maliyyə, broker və investisiya şirkətlərinin top-menecerləri, xəzinədarlıq, müxbir münasibətlər bölmələrinin və maliyyə institutlarının rəhbərləri və işçiləri, FX&MM dilerləri, ekspertlər və analitiklər iştirak edəcəklər.

Konfransda banklararası maliyyə bazarının tənzimlənməsi və infrastrukturunun inkişafı (FX&MM, forvard kontraktları ilə ticarət, REPO əməliyyatları, uzunmüddətli maliyyə alətləri bazarları, yeni elektron sistem və texnologiyalardan istifadə, transsərhəd əməliyyatları, pul köçürmələri və s. ) ilə əlaqədar məsələlər müzakirə olunacaqdır.

Moskva Beynəlxalq Valyuta Assosiasiyası ("MMBA") bir sıra aparıcı bankların təşəbbüsü ilə 1999-cu ildə yaradılmışdır. Hazırda Assosiasiyanın üzvləri təxminən 100 təşkilatdan ibarətdir. Assosiasiya mütəmadi olaraq müxtəlif bank forumları və elmi-praktiki konfranslar keçirir, bununla Rusiya və MDB ölkələrinin kredit təşkilatları arasında partnyorluq əlaqələrinin möhkəmlənməsinə köməklik göstərir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti