...

2014-cü il büdcə zərfinin Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 18:46 (UTC +04:00)
Azərbaycanın Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.
2014-cü il büdcə zərfinin Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycanın Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin bazar günü yaydığı məlumata görə, iclası giriş sözü ilə açan A.Rasi-zadə vurğulayıb ki, dövlət büdcəsi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyillər nəzərə alınmaqla tərtib edilib.

Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilib.

Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti