...

Dövlət Gömrük Komitəsi buraxılış məntəqələrində yüklərin paylanması üzərində işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 12:52 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) mövcud buraxılış məntəqələri üzrə yüklənmələrin bərabər paylanması üzrərində işləri davam etdirir.
Dövlət Gömrük Komitəsi buraxılış məntəqələrində yüklərin paylanması üzərində işləyir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Əliyev/

Dövlət Gömrük Komitəsi (DGK) mövcud buraxılış məntəqələri üzrə yüklənmələrin bərabər paylanması üzrərində işləri davam etdirir. Bu barədə Trend-ə açıqlamasında DGK sədri Aydın Əliyev bildirib.

"Məsələn, Rusiya Federasiyası ilə sərhəddə əsas keçid məntəqəsi Samur sərhəd-keçid məntəqəsidir. Bu ərazidə Samur çayı üzərindəki körpü qeyri-kafi vəziyyətdədir ki, bu da müntəzəm olaraq sahibkarlar və sərnişinlər üçün ləngimələrə səbəb olur. Növbələr yaranır ki, bu da əsasən yeni dərs ilinin başlaması ilə əlaqədardır. Buna görə də biz həm yeni körpünün tikintisi haqqında - bu qərar artıq verilib, həm də digər mövcud buraxılış məntəqələrinin fəaliyyətinin gücləndirilməsi barədə öz həmkarlarımızla danışıqlar aparırıq."

Onun sözlərinə görə, DGK analoji fəaliyyəti bütün həmsərhəd dövlətlərlə aparır: "Ümumilikdə, Dövlət Gömrük Komitəsinin strategiyasında sərhəd ölkələrdən olan həmkarlarla müntəzəm danışıqların aparılmasının zəruriliyi vurğulanıb. Biz RF, İran, Gürcüstan və Türkiyə gömrükçüləri ilə görüşlər keçiririk ki, burada mövcud problemləri müzakirə edir və onların həlli yollarını axtarırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti