Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E. Əliyev/
Dünya Bankı (DB) bazar ertəsi Azərbaycan hökumətinə ölkədə maliyyələşdirməyə çıxış və sahibkarlığın stimullaşdırılması haqqında hesabatlar təqdim edəcək. Bu barədə cümə günü Trend-ə DB-nin Bakı nümayəndəliyindən bildiriblər.
Nümayəndəlikdən deyiblər ki, bu məqsədlə maliyyə sektoru üzrə menecer Avrora Ferrari başda olmaqla bankın missiyası Bakıya gəlir.
Missiya oktyabrın 2-dək ölkədə olacaq.
Hesabatlar kapital bazarının modernləşdirilməsi layihəsi çərçivəsində keçirilən bazarın araşdırılmasının nəticələrinə əsasən hazırlanıb.