...

Dövlət Dəniz Administrasiyasında bir sıra layihələrin həyata keçirilməsilə bağlı tədbir keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 12:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi” çərçivəsində 30 sentyabr 2013-cü il tarixində qeyd edilən Tvinninq layihəsi üzrə İşçi Qrup tərəfindən hazırlanmış normativ-hüquqi aktların layihələrinin müfəssəl müzakirəsi, habelə adıçəkilən layihənin həyata keçirilməsi üzrə hesabatların dinlənilməsi üzrə tədbir keçirilib.
Dövlət Dəniz Administrasiyasında bir sıra layihələrin həyata keçirilməsilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi" çərçivəsində 30 sentyabr 2013-cü il tarixində qeyd edilən Tvinninq layihəsi üzrə İşçi Qrup tərəfindən hazırlanmış normativ-hüquqi aktların layihələrinin müfəssəl müzakirəsi, habelə adıçəkilən layihənin həyata keçirilməsi üzrə hesabatların dinlənilməsi üzrə tədbir keçirilib.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd edilən tədbirdə adıçəkilən Tvinninq layihəsinin Azərbaycan Respublikasında həyata keçirilməsini təmin edən Avropa İttifaqı Üzv Dövləti İspaniya tərəfindən Layihə Rəhbəri İspaniya Dəniz Administrasiyasının aparat rəhbəri Benito Nunez Quintanilla, Resident tvinninq müşaviri Fernando Juan Collado Simon, Azərbaycan Respublikası tərəfindən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, qeyd edilən Tvinninq layihəsinin Azərbaycan Respublikası tərəfindən rəhbəri Dövlət Dəniz Administrasiyasının aparat rəhbəri Əhməd İsmayılov və Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov eləcə də, Nazirlər Kabinetinin Hüquq şöbəsinin sektor müdiri Xalid Qasımlı və Ədliyyə Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Ələkbərov iştirak ediblər. Həmçinin, qeyd edilən tədbirə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları və digər vəzifəli şəxslər də dəvət ediliblər.

İclasda dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə Azərbaycan Respublikası qanunvericiliyinin "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya" və müvafiq Avropa İttifaqı direktivlərinə uyğun təkmilləşdirilməsi və dəniz mühitinin mühafizəsi üzrə Azərbaycan Respublikası qanunvericiliyinin "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya" və müvafiq Avropa İttifaqı direktivlərinə uyğun olaraq təkmilləşdirməsi istiqamətində ümumi müzakirələr aparılıb.

Tədbir zamanı həmçinin, "Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi"nin fəaliyyəti dövründə mövcud olan və yaranması ehtimal olunan problemlər və onların aradan qaldırılması məqsədilə görülməli olan konkret tədbirlər barədə də ümumi fikir mübadiləsi aparılıb.

Tədbirdə eyni zamanda qeyd edilən tvinninq layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi"nə dəyişikliklər edilməsini nəzərdə tutan layihə üzrə geniş müzakirələr aparılaraq layihənin təkmilləşdirilməsi üzrə təkliflər dinlənilib.

İclas zamanı ekspertlər tərəfindən hazırlanmış fəaliyyət planları, o cümlədən planların müəyyən edilmiş vaxtda yekunlaşdırılması məqsədilə görülmüş işlər barədə Resident tvinninq müşaviri Fernando Juan Collado Simon tərəfindən ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti