...

"PAŞA Həyat Sığorta" iki ölüm hadisəsinə görə 43,4 min manatlıq birdəfəlik ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2013 18:57 (UTC +04:00)
Yüksək korporativ dəyərlərə malik, Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli iki ödənişini həyata keçirib.
"PAŞA Həyat Sığorta" iki ölüm hadisəsinə görə 43,4 min manatlıq birdəfəlik ödəniş həyata keçirib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Yüksək korporativ dəyərlərə malik, Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli iki ödənişini həyata keçirib.

Şirkətin Marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat Sığorta" tərəfindən iki sığortalı müəssisənin işçiləri ilə əlaqədar istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ümumilikdə 43,4 min manata yaxın müvafiq sığorta ödənişi edilib.

Belə ki, şirkət tərəfindən istehsalat zamanı vəfat edən bir şəxsin ailəsinə 28,212 min manat, digər vəfat etmiş şəxsin ailəsinə isə 15,178 min manat həcmində birdəfəlik ödənişlər verilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "PAŞA Həyat Sığorta" ASC-də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, təkcə bu ilin yanvar-sentyabr aylarında sözügedən sığorta növü üzrə 560 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 19,312 mln. manat, ödənişləri isə 501 min manata yaxın olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti