...

"AtaBank"dan “Oturduğunuz yerdən hədiyyələr qazanın!” adlı kampaniya davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 11:37 (UTC +04:00)
“AtaBank” ASC, onlayn xidmətlər portalı www.Hesab.az və Visa İNC beynəlxalq ödənişlər sistemi ilə birlikdə “Oturduğunuz yerdən hədiyyələr qazanın!” adlı kampaniya davam edir. Bu barədə Trend-əm bazar ertəsi bankdan daxil olan məlumatda deyilir.
"AtaBank"dan “Oturduğunuz yerdən hədiyyələr qazanın!” adlı kampaniya davam edir

Azərbaycan, Bakı, Trend, 14 oktyabr /Trend/

"AtaBank" ASC, onlayn xidmətlər portalı www.Hesab.az və Visa İNC beynəlxalq ödənişlər sistemi ilə birlikdə "Oturduğunuz yerdən hədiyyələr qazanın!" adlı kampaniya davam edir. Bu barədə Trend-əm bazar ertəsi bankdan daxil olan məlumatda deyilir.

Kampaniyanın şərtlərinə əsasən, 31 oktyabr tarixinədək portalın bütün istifadəçiləri topladıqları bonusları elektron lotereya biletlərinə dəyişə bilər və qiymətli hədiyyələr qazana bilərlər.

Kampaniyanın əsas hədiyyəsi- Chevrolet Aveo avtomobilidir. Həmçinin digər qiymətli hədiyyələr - 10 ədəd Sony Experia Z smartfonları və 100 ədəd 50 AZN dəyərində Hesab.az Hədiyyə Kartları var. Əsas hədiyyəni qazanmaq şansını əldə etmək üçün istifadəçilər 25 (iyirmi beş) min bonus xalı toplamalı və onları elektron lotereya biletlərinə dəyişməlidirlər. Əgər Siz Sony Experia Z smartfonlarından birini əldə etmək şansına sahib olmaq istəyirsinizsə, o zaman 1 (bir) elektron biletin dəyəri - 10 (on) min xal təşkil edir. Hesab.az Hədiyyə Kartlarından birinə sahib olmaq istəyirsinizsə, o zaman cəmi 5000 (beş min) xal toplamalısınız.

Daha çox bonus xalı toplayıb, lotereya biletləri əldə etmək şansınızı artırın! Bu isə Sizə hədiyyə qazanmaq üçün daha çox şans verəcək.

"AtaBank"a məxsus Visa və Visa Elektron kart sahibləri isə öz bonus xallarını 2 (iki) qat deyil, 4 (dörd) dəfə artırmış olacaqlar.

Lotereya 2 noyabr 2013-cü il tarixində keçiriləcək. Tədbirə Hesab.az istifadəçiləri dəvət olunacaqlar.

Bunlardan əlavə kampaniya ərəfəsində Atabank-dan pulsuz olaraq Visa plastik kartını da əldə edə bilərsiniz.

Kampaniyada iştirak etmək və Hesab.az, VISA və AtaBank-dan qiymətli hədiyyələr əldə etmək üçün tələsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti