...

İtaliyada "Azərbaycanda yeni biznes erası" mövzusunda biznes forum təşkil olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 16:46 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə İtaliyanın ən qabaqcıl regionlardan biri olan Friuli-Venesiya-Culiya regionunun Udine şəhərinə işgüzar səfər edib.
İtaliyada "Azərbaycanda yeni biznes erası" mövzusunda biznes forum təşkil olunub  (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə İtaliyanın ən qabaqcıl regionlardan biri olan Friuli-Venesiya-Culiya regionunun Udine şəhərinə işgüzar səfər edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfərin başlıca məqsədi regionun yerli hakimiyyət strukturları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsindən ibarət olub.

Səfər zamanı V.Sadıqov Friuli-Venesiya-Culiya regionunun qubernatoru xanım Debora Serrakkiani ilə görüş keçirib. D.Serrakkiani təmsil etdiyi regionun işgüzar və təhsil dairələrinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasından məmnun olduğunu diqqətə çatdırıb.

Daha sonra səfir Udine şəhərinin meri Furio Honsell ilə görüşüb. Görüşdə Azərbaycan və Udine arasında mədəni, elmi, təhsil, səhiyyə və digər sahələrdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfər zamanı V.Sadıqov Udinenin Ticarət və Sənaye Palatasında təşkil edilmiş "Azərbaycanda yeni biznes erası" mövzusunda biznes forumda iştirak edib. Tədbiri açan palatanın prezidenti Covanni da Podzo yerli iş adamlarının geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiyini vurğulayıb.

Səfir regionun işgüzar dairələri üçün nəzərdə tutulmuş, 70-ə yaxın iş adamı və KİV nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan haqqında təqdimatla çıxış edib. O, təqdimatda Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayüllərinə, Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatlara və prioritet inkişaf sahələrinə dair icmal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti