...

Gənclər Fondu Gürcüstanda Azərbaycan-Gürcüstan Gənclərinin Festivalında təmsil olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2013 13:10 (UTC +04:00)
17-19 oktyabr 2013-cü il tarixlərində Gürcüstanın Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan Gənclərinin Festivalı keçirilib.
Gənclər Fondu Gürcüstanda Azərbaycan-Gürcüstan Gənclərinin Festivalında təmsil olunub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

17-19 oktyabr 2013-cü il tarixlərində Gürcüstanın Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan Gənclərinin Festivalı keçirilib. Festivalın əsas məqsədi Azərbaycan və Gürcüstanın gənclərini bir araya gətirərək ölkə mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək və regiona sülh və birlik mesajı verməkdən ibarət olub. Festival çərçivəsində gənclər siyasəti, ölkə siyasətində gənclərin rolu, həmçinin gənclərin incəsənət, idman və mədəniyyət sahəsindəki təklifləri ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, festival zamanı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstan dövlətinin rəsmiləri ilə görüş keçirib. Görüşün məqsədi regionda gənclər mübadiləsini, könüllülük fəaliyyətini təmin etməkdən, gənclərin mövcud proqramlar və imkanlardan faydalanmaları üçün şərait yaratmaqdan ibarətdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti