...

Dövlətin dəstəyi Azərbaycan sahibkarlarına xaricdə fəal işləməyə imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2013 15:28 (UTC +04:00)
Dövlətin dəstəyi Azərbaycan sahibkarlarına xaricdə fəaliyyətlərini aktiv şəkildə genişləndirməyə imkan verir. Bu barədə bazar ertəsi Trend-ə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədr müavini Suat Çalbıyık Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışını şərh edərkən deyib.
Dövlətin dəstəyi Azərbaycan sahibkarlarına xaricdə fəal işləməyə imkan verir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir A.Axundov/

Dövlətin dəstəyi Azərbaycan sahibkarlarına xaricdə fəaliyyətlərini aktiv şəkildə genişləndirməyə imkan verir. Bu barədə bazar ertəsi Trend-ə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədr müavini Suat Çalbıyık Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışını şərh edərkən deyib.

Dövlət başçısı çıxışında bildirib ki, hazırda dünyada xarici investorlar üçün şərait yaradılır, onları dəvət edirlər və bir çox ölkələr xarici investisiyalar hesabına öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir, lakin Azərbaycanın iqtisadi siyasəti əksinə olaraq, xarici bazarlara investisiya yatırmaqdan ibarətdir.

S.Çalbıyıkın sözlərinə görə, sevindirici haldır ki, Azərbaycan bu gün təkcə xarici investisiyalar cəlb etmir, həm də xaricə investisiyalar yatırır:

"Bu məqamda Türkiyədə iri enerji layihələrini qeyd etmək olar. İştirak etdiyim müxtəlif xarici tədbirlərdə əcnəbi sahibkarların Azərbaycanda işə marağı və yerli hakimiyyətin Azərbaycandan olan investorlar üçün güzəştlər tətbiq etməyə hazır olması hiss edilirdi. "Akkord" Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynada müxtəlif layihələr həyata keçirir. Azərbaycan şirkəti kimi, bizim üçün bu ölkələrdə bütün qapılar açılır. Bu, Prezident başda olmaqla dövlətimizin dəstəyinin nəticəsidir. Biz hiss edirik ki, arxamızda dövlət və onun etibarlılığı dayanır. Dövlət başçısının dəstəyi Azərbaycan şirkətlərinə, o cümlədən "Akkord" şirkətinə xaricdə fəaliyyətlərini aktiv şəkildə genişləndirməyə imkan verir".

Onun sözlərinə görə, bundan başqa, İlham Əliyevin prezidentliyi Azərbaycanda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə bərqərar olmuş sabitliyi qoruyacaq. Bu həm də xarici investorlar üçün ölkənin cəlbediciliyinin saxlanması deməkdir.

S.Çalbıyık qeyd edib ki, investoru ilk növbədə siyasi sabitlik maraqlandırır: "Xarici investorlar ölkədə sabitlik olacağı təqdirdə ora gələcəklər. Buna görə də Yaxın Şərqdə qeyri-stabillik və dünyanın müxtəlif hissələrində iqtisadi sabitsizlik fonunda Azərbaycan investisiya yatırmaq üçün etibarlı yer kimi görünür. Hesab edirəm ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında yer almış xarici investisiyaların cəlb edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetiriləcək".

Son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollar həcmində investisiya yatırılıb. Bu məbləğin təqribən yarısını xarici investisiyalar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti