...

Cənubi Qafqazın ən iri sement zavodu gələn il tam gücü ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2013 17:41 (UTC +04:00)
Cənubi Qafqazın ən iri sement zavodu "Norm Sement" 2014-cü ildə tam gücü ilə işləyəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın "Norm" şirkətinin baş direktoru Həsən Yalçınkaya deyib.
Cənubi Qafqazın ən iri sement zavodu gələn il tam gücü ilə işləyəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir A.Axundov/

Cənubi Qafqazın ən iri sement zavodu "Norm Sement" 2014-cü ildə tam gücü ilə işləyəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın "Norm" şirkətinin baş direktoru Həsən Yalçınkaya deyib.

Bakının Qaradağ rayonunda tikilmiş zavodun istehsal gücü ildə 1,6 milyon ton klinker və 2 milyon ton sement təşkil edir.

H.Yalçınkaya bildirib: "Biz hazırda klinker idxal edirik, öz klinkerimizin istehsalına 2014-cü ilin yanvarında başlayacağıq. Cari ilin sonunadək 50-60 min ton sement istehsal etməyi planlaşdırırıq, gələn il isə tam gücümüzlə işə düşəcəyik. Sementin pərakəndə satışına artıq bu ilin oktyabr-noyabr aylarında başlayacağıq".

Zavodda müasir texnologiya tətbiq edilir, Almaniya, Fransa, İsveçrə və Niderland kimi qabaqcıl istehsalçıların avadanlıqları quraşdırılıb.

Onun sözlərinə görə, ümumilikdə "Norm Sement" layihəsinə 400 milyon dollar həcmində investisiya gərək olub və bununla da layihə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ən böyüklərdən biridir: "Bundan başqa, zavodun tikintisi Azərbaycana sement idxalının azalmasına gətirib çıxaracaq və hər il ölkədən 150 milyon dollar kapitalın çıxmasını azaldacaq. Hələlik şirkət yalnız yerli bazara maraq göstərir və ixrac barədə düşünmür".

Qeyd edək ki, Bakıda "Norm"un əsas tərəfdaşlığı ilə II Avrasiya Sement Forumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti