...

"Azər-Türk bank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 21:51 (UTC +04:00)
"Bakı Fond Birjası" QSC-yə (BFB) "Azər-Türk bank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət olunub.
"Azər-Türk bank" kapitalını artırır

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

"Bakı Fond Birjası" QSC-yə (BFB) "Azər-Türk bank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət olunub.

Birjadan Trend-ə verilən məlumata görə, oktyabrın 23-dən etibarən BFB-də "Azər-Türk bank" ASC-nin ümumi məbləği 1,2 milyon manat olan səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Emissiya prospektinə hər birinin nominal dəyəri bir manat olan 1 204 410 ədəd səhm daxildir.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti