Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi tarixi "İpək yolu"nu bərpa etdi. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Binalı Yıldırım bildirib.
Onun sözlərinə görə, bu Türkiyə tərəfindən reallaşdırılan ilk belə qlobal layihə deyil.