...

Mərkəzi Bank kredit faiz dərəcələrini hesablanılması üçün mobil əlavə hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 13:07 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faktiki illik faiz dərəcələrinin hesablanılması üzrə mobil əlavə - kalkulyator hazırlayıb.
Mərkəzi Bank kredit faiz dərəcələrini hesablanılması üçün mobil əlavə hazırlayıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E. Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faktiki illik faiz dərəcələrinin hesablanılması üzrə mobil əlavə - kalkulyator hazırlayıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin İnkişaf şöbəsinin müdir müavini Natəvan Məmmədova 31 oktyabrda qeyd edilən Beynəlxalq Əmanət Gününə həsr edilmiş tədbirdə deyib.

Onun sölərinə görə, AMB mütəmadi olaraq vətəndaşların maliyyə savadlılığını artırmağa yönəldilmiş tədbirlər keçirir: "Bundan başqa, ölkədə fəaliyyət göstərən banklar borclananları kreditlər üzrə faktiki illik faiz dərəcəsi (FIFD) haqqında məlumatlandırmalıdırlar. Lakin araşdırmalarımız göstərdi ki, buna baxmayaraq, faktiki və nominal faiz dərəcələri arasında fərqi və ya bu fərqin olduğunu bilməyən vətəndaşlar var".

N. Məmmədova bildirib ki, AMB bu məqsədlə "FIFD Kalkulyatoru" mobil əlavəsini hazırlayıb: "Proqram artıq "Android" əməliyyat sistemi üçün hazırlanıb. Bundan əlavə, iOS bazasında olan qurğular üçün versiyanın hazırlanması başa çatır. Əlavə pulsuz olacaq və yaxın vaxtlarda "Play Market" və "AppStore" əlavələri mağazalarında yüklənilə bilinəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti