...

"Finca" Azərbaycanın mərkəzi bölgəsində iki filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 18:23 (UTC +04:00)
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı ölkənin mərkəz regionunda filialların sayını artırır.
"Finca" Azərbaycanın mərkəzi bölgəsində iki filial açıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı ölkənin mərkəz regionunda filialların sayını artırır. Təşkilatdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, noyabr ayının 12-də "FINCA Azerbaijan" Qobustan sub-ofisinin və İsmayıllı filialının yeni inzibati binalarının açılış mərasimlərini keçirdi.

Tədbirlərdə "FINCA Azerbaijan"ın rəhbər şəxsləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər maliyyə təşkilatlarının mütəxəssisləri iştirak edbilər. Tədbirlər zamanı Qobustan sub-ofisinin və İsmayıllı filialının müasir ofisləri ilə tanışlıq keçirilib, "FINCA Azerbaijan"ın uğurla həyata keçirdiyi bir çox sosial və digər layihələr haqqında məlumat verilib, həmçinin qeyd olunan filiallarla uzun müddət ərzində əməkdaşlıq edən müştərilərə təşkilat tərəfindən hədiyyələr təqdim olunub.

Hər iki ofis təsərrüfat, istehsalat, ticarət, xidmət və digər sahələrdə çalışan iş adamlarına bizneslərini inkişaf etdirmək üçün sərfəli şərtlərlə 50-100 min ABŞ dolları məbləğinə qədər FINCA-nın kredit məhsullarını təklif edir.

15 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 33 filial və 33 market ofisi vasitəsilə 148,000 nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 miliondan çox ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə FINCA Azerbaijan təkcə ən böyük Mikro Maliyyə Təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti