Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.İsmayılov/
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 366 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 20,3 faiz aşağıdır. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, hesabat dövründə respublikada 210 yük maşını istehsal olunub ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 61,5 faiz çoxdur.
Yanvar-oktyabr aylarında traktor istehsalında azalma müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 528 traktor istehsal edilib. Bu da 2012-ci ilin yanvar-oktyabr aylarında qeydə alınan göstəricidən 10,5 faiz aşağıdır.