"Unibank"da pul köçürmələrinin həcmi 50 faizdən çox artıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/
İlin əvvəlindən indiyədək "Unibank"da pul köçürmələrinin həcmi 52%-ə yaxın artıb.
Bankdan Trend-ə verilən məlumata görə, bu müddət ərzində "Unibank"da ən çox pul köçürmələri "Zolotaya Korona", "Contact" və "Monex" təcili pulköçürmə xidmətləri vasitəsilə aparılıb.
Dünyanın ən məhşur və etibarlı pulköçürmə sistemlərinə qoşulan "Unibank" 11 pulköçürmə sistemi vasitəsilə müştərilərinə xidmət göstərir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik "Contact", "Western Union""Faster", "Xpress Money", "Migom", "LİDER", "Zolotaya korona", "BLİZKO", "Coinstar", " PrivatMoney" təcili pulköçürmə sistemləri üzrə də xidmət göstərir. "Unibank" yerli "Monex" təcili pulköçürmə sisteminə qoşulmaqla ölkədaxili pul köçürmələrini müştəriləri üçün daha rahat edib.
Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə genişləndirən "Unibank" pulköçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bankın tərəfdaşı olan sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.
"Unibank"ın məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, bankın saytında (www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.