...

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2013 10:33 (UTC +04:00)
Dekabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan-Avstriya biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Əliyev/

Dekabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan-Avstriya biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında yerləşdirilmiş məlumatda deyilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə AZPROMO-nun təşkil etdiyi tədbir Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şentsin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçiriləcək.

Məlumatda deyilir: "Biznes foruma tikinti, neft-qaz, İKT, yüngül sənaye, kimya sənayesi, maşınqayırma, qida sənayesi üçün avadanlıq, logistika, havalandırma sistemləri, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Avstriya şirkətinin qatılacağı gözlənilir. Azərbaycanlı sahibkarlar tədbirdə iştirak etməyə dəvət olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti