...

Türkiyənin istənilən nöqtəsinə bir neçə saniyəyə

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 16:34 (UTC +04:00)
"Unibank" müştəriləri artıq Türkiyənin istənilən nöqtəsinə və ən sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.
Türkiyənin istənilən nöqtəsinə bir neçə saniyəyə

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

"Unibank" müştəriləri artıq Türkiyənin istənilən nöqtəsinə və ən sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.

Unibank-ın qoşulduğu UPT (Universal Payment Transfer) sistemi Türkiyədə 14 mindən çox xidmət nöqtəsi ilə sürətli, ucuz, etibarlı və son dərəcə asan pulköçürmə əməliyyatlarını mümkün edib. Bununla da bankın qoşulduğu təcili pulköçürmə sistemlərinin sayı 12-yə çatıb.

Bank hazırda geniş xidmət şəbəkəsinə malik "Contact, "Western Union", "Faster" , "Xpress Money", "Migom", "LİDER", "Zolotaya korona", "BLİZKO", "Coinstar", " PrivatMoney" və yerli "Monex" təcili pulköçürmə sistemləri üzrə də xidmət göstərir.

Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə genişləndirən "Unibank" pulköçürmə xidmətlərini genişləndirmək üzrə ölkənin maliyyə qurumları sırasında ilk yerlərdədir. Bankın yeni və əvvəlki tərəfdaşı olan sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min xidmət məntəqəsini birləşdirir. Pul köçürmələri seçilmiş xidmət növündən asılı olaraq, 0,2%-dən başlayan tariflərlə həyata keçirilir.

Unibank-ın məhsul və xidmətləri haqda daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti