...

Azərbaycanda nağd pul kütləsi 20 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2013 08:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-oktyabr aylarında dövriyyədə olan pul kütləsi (dövriyyədəki nağd pulların (banklardan kənarda), maliyyə təşkilatlarının (kredit təşkilatlarından başqa) və fiziki şəxslərin hesablarındakı milli valyuta vəsaitləri qalıqları, M2) 2012-ci ilin analoji dövrü ilə müqayisədə 19,5 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2013-cü ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

Belə ki, 2013-cü ilin ilk on ayı ərzində olan vəziyyətə görə, M2 göstəricisi 15017,8 milyon manat təşkil edib. 2012-ci ilin analoji dövründə bu rəqəm 12563,6 milyon manat olub.

2013-cü il ərzində nağd pul kütləsi (M0) 15,55 faiz artaraq 9724,4 milyon manat təşkil edib. 2012-ci ilin analoji dövründə bu rəqəm 8415,5 milyon manat olub.

2013-ci ilin yanvar-oktyabr aylarında olan vəziyyətə görə, genişlənmiş pul kütləsi (Broad Money Supply (M3) 17867,4 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan nəticədən (15606,6 milyon manat) 14,5 faiz çoxdur.

İl ərzində sövdələşmələr üçün məbləğlər (transaction money (M1) 11836,6 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan nəticədən (10096,2 milyon manat) 17,24 faiz çoxdur.

Pul bazarının parametrləri (milyon manatla)

Həcm, 01.11.2013

Genişləndirilmiş pul kütləsi (М3)

17867,4

Manatla ifadədə pul kütləsi (М2)

15017,8

Manatla ifadədə nağd pul (М0)

9724,4

Manatla ifadədə nağdsız pul

5293,4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti