...

"Bolkart" sahibləri xarici ölkələrdə də öz kartlarından istifadə edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2013 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Yeni il tətili üçün xarici səfərə yola düşən "Bolkart MasterCard" sahibləri xarici ölkələrdə də öz kartlarından rahat istifadə edə bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, "Bolkart"ın üzərindəki "MasterCard" loqosu dünyanın bütün ölkələrində bu kartdan istifadə etməyə tam imkan verir. Hazırda həmvətənlərimiz tərəfindən xüsusən Avropa, Türkiyə və Biləşmiş Ərəb Əmirliklərində "Bolkart MasterCard" geniş istifadə edilir.

Azərbaycandan kənarda kartdan istifadə edən müştərilər növbəti ayın 10-dək faizsiz ödəniş edə bilirlər. Buna görə heç bir komissiya haqqı tutulmur, sadəcə valyuta fərqi səbəbindən cəmi 0,5% konvertasiya haqqı tutulur.

Eyni zamanda, kart sahibi əməliyyat keçəndən 24 saat ərzində "6 rəqəmli təsdiq kodu taksit 3" (məsələn: 574932 taksit3) yazıb 8145-ə SMS göndərməklə, 4,5%-lik komissiya haqqı müqabilində bu cür ödənişləri 3 aya bölür.

"Bolkart MasterCard" sahibləri Azərbaycanda və ölkəmizdən kənarda yerləşən çoxsaylı ticarət mərkəzlərində alış-veriş edir. Kart sahibləri habelə "MasterCard" loqosu olan istənilən onlayn mağazada alış-veriş edə bilir.

Bu gün "Bolkart" Azərbaycanın ən məşhur hissə-hissə ödənişli kredit kartıdır və 190 minə yaxın Azərbaycan vətəndaşı ondan gündəlik istifadə edir.

"Bolkart"ın onlayn sifarişi: http://bolkart.az/#openorder

"Bolkart"ın üstünlükləri barədə daha ətraflı: 145 nömrəli Məlumat Mərkəzi, www.bolkart.az və www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti