Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Unibank-ın "Nissan qazan!" kampaniyasının ilk qalibinin kimliyi bu günlərdə məlum olacaq.
Bankın dekabrın 10-dan başlayan "Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin" adlı lotereyası çərçivəsində bankın 3 müştərisi avtomobil əldə etmək şansı qazanacaq. 10 mart 2014-cü il tarixinədək Unibank-dan kredit götürən bütün müştərilər lotereya oyununun iştirakçısı olacaqlar.
Üstəlik, hazırda kampaniya çərçivəsində kredit götürən müştərilərə 3% endirim edilir.
Lotereya oyunu 3 tirajda keçiriləcək. Hər tirajın baş mükafatı avtomobildir. Yanvar, fevral və mart aylarında keçirilən uduş tirajları zamanı hər ay bir nəfər avtomobil qazanacaq. 1-ci tirajın qalibi "Nissan Sunny", ikinci tirajın qalibi "Nissan Tiida", 3-cü tirajın qalibi isə "Nissan Altima" markalı avtomobilin sahibi olacaq.
Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 "IPhone 5" telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.
Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 2 şans kimi qiymətləndiriləcək. Məsələn, təkrar müştəriyə 780 AZN və ya 780 USD kredit rəsmiləşdirilərsə, bu zaman müştəri lotereyada iştirak üçün 7 şans əldə edir. Əgər qeyd edilən məbləğ bank üçün yeni müştəriyə rəsmiləşdirilərsə, bu zaman həmin müştəri lotereyada iştirak üçün 2 dəfə artıq - yəni 14 şans əldə edir.
Unibank-dan kredit götürün ki, hədiyyəniz avtomobil olsun!
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.