...

Azərbaycanda qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2014 18:37 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 19,7 milyard manatlıq və ya 2012-ci il ilə müqayisədə 9,9 faiz çox əmtəə satılıb.
Azərbaycanda qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4 faizə yaxın artıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

2013-cü ildə Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 19,7 milyard manatlıq və ya 2012-ci il ilə müqayisədə 9,9 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 51,7 faizini ərzaq, 48,3 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artıb.

2013-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 milyon manat təşkil edib. Əhali onlayn rejim vasitəsilə sifariş verdikləri istehlak mallarının 82,6 faizini hüquqi, 17,4 faizini isə fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 89,7 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti