...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2014 15:22 (UTC +04:00)
2013-cü ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 3,9 faiz aşağı düşüb.
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

2013-cü ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 3,9 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü ilin dekabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 3,4 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 1,7 faiz bahalaşıb.

Dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,3 faiz, qida məhsullarının istehsalı üzrə 2,3 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,0 faiz, mebel istehsalı üzrə 1,3 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 1,1 faiz, toxuculuq sənayesi üzrə 0,3 faiz, metallurgiya sənayesi üzrə 0,1 faiz ucuzlaşıb, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 2,2 faiz, kimya sənayesi üzrə 2,0 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,5 faiz, içki istehsalı üzrə 1,3 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə isə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti