...

Azərbaycan dövlət büdcəsinə gəlirlər üzrə proqnozu artıqlaması ilə yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2014 16:14 (UTC +04:00)
2013-cü il dövlət büdcəsinin mədaxili 2012-ci illə müqayisədə 12,8 faiz artaraq 19 494,4 milyon manat, xərcləri isə 9,7 faiz artaraq 19 112,6 milyon manat olub. Bu barədə cümə axşamı Trend-ə hökumətdən bildiriblər.
Azərbaycan dövlət büdcəsinə gəlirlər üzrə proqnozu artıqlaması ilə yerinə yetirib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Axundov/

2013-cü il dövlət büdcəsinin mədaxili 2012-ci illə müqayisədə 12,8 faiz artaraq 19 494,4 milyon manat, xərcləri isə 9,7 faiz artaraq 19 112,6 milyon manat olub. Bu barədə cümə axşamı Trend-ə hökumətdən bildiriblər.

2013-cü ildə dövlət büdcəsinin mədaxili 101,8 faiz icra olunub ki, bu da 2012-ci illə müqayisədə 2212,9 milyon manat və ya 12,8 faiz çoxdur. 2013-cü ildə 381,8 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Vergilər Nazirliyi mədaxil proqnozunu 104,1 faiz icra etməklə dövlət büdcəsinə 6664 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 264 milyon manat, 2012-ci ilə nisbətən isə 638,5 milyon manat və ya 10,6 faiz çoxdur.

2013-cü ildə Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edilərək büdcəyə 1383,2 milyon manat vəsait təmin edilib ki, bu da 2012-ci illə müqayisədə 14,5 faiz və ya 174,9 milyon manat çoxdur.

2013-cü ildə sair gəlirlərdən nəzərdə tutulan 24 milyon manata qarşı büdcəyə 90,7 milyon manat və ya proqnoza nisbətən 3,8 dəfə çox vəsait təmin edilib. Dövlət Neft Fondundan büdcəyə 11 350 milyon manat transfert edilib.

2013-cü ildə dövlət büdcəsinin xərcləri 96,3 faiz icra edilib ki, bu da 2012-ci ilə nisbətən 1696,1 milyon manat və ya 9,7 faiz çoxdur.

2013-cü ildə dövlət büdcəsi xərclərindən 50,7 faiz və ya 9688,1 milyon manat cari xərclərə, 45,5 faiz və ya 8696,3 milyon manat əsaslı xərclərə, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6915 milyon manat, 3,8 faizi və ya 728,2 milyon manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6239 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur.

2013-cü ildə icmal büdcənin gəlirləri 22 919,3 milyon manat və ya 110,6 faiz təşkil edib. Bu, 2012-ci illə müqayisədə 580,9 milyon manat və ya 2,6 faiz, xərcləri isə 21857 milyon manat və ya 89,2 faiz olub ki, bu da 2012-ci illə müqayisədə 1784,3 milyon manat və ya 8,9 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti