...

Azərbaycan malların daxili və xarici tranzit qaydalarını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2014 14:44 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti malların daxili və xarici tranzit qaydalarını təsdiqləyib.
Azərbaycan malların daxili və xarici tranzit qaydalarını təsdiqləyib

Azərbaycan, Bakı, 27yanvar /Trend, müxbir E.Əliyev/

Azərbaycan malların daxili və xarici tranzit qaydalarını təsdiqləyib. Nazirlər Kabinetinin Gömrük Məcəlləsinin təsdiqlənməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı fərmanın icrası ilə bağlı müvafiq qərarı bazar ertəsi rəsmi mətbuatda dərc edilib.

Trend-in məlumatına görə, qərarda deyilir ki, qaydalar tranzit mallara tələbləri müəyyən edir. Xüsusi halda, tranzit kimi bəyan edilən mal təbii zədələnmə və ya itki hadisələrindən başqa dəyişməz şəkildə qalmalıdır. Bundan başqa, o, gömrük orqanı tərəfindən müəyyən edilmiş dəqiq vaxtda və marşrutla çatdırılmalıdır.

Beynəlxalq tranzit qaydasında ölkə ərazisindəki gömrük orqanına çatdırılan mal çatdırılma tarixindən 15 gündən gec olmayaraq bəyan edilməlidir. Əgər bütün lazımi sənədlərin rəsmiləşdirilməsi üçün bu müddət yetərli olmazsa, gömrük orqanı yük sahibinin yazılı ərizəsi əsasında onun müddətini uzada bilər. Belə qayda daxili tranzit kimi rəsmiləşdirilmiş mallara da şamil edilir.

Sənəddə deyilir: "Qayda əgər hava gəmisinə malın yükləməsi və ya boşaldılması, yüklərlə bağlı başqa əməliyyatlar aparılmırsa, beynəlxalq aviauçuşlar həyata keçirərkən Azərbaycan ərazisində məcburi (texniki) eniş edən hava gəmilərinə şamil edilmir".

Nazirlər Kabinetinin bazar ertəsi dərc olunan digər qərarları ilə "Malların preferensial və qeyri- preferensial mənşəyinin təyini qaydaları", həmçinin "Gömrük ərazisində malın emalı Qaydaları" da təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti