...

Ankarada yeni metro xətti istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2014 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin paytaxtı Ankarada yeni metro xətti istismara veriləcək.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, "Batıkent-Sincan" metro xəttinin açılması 2014-cü il fevralın 12-də baş tutacaq.

Ankara Metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edəcək. 2012-ci ilin fevralında tikintisinə başlanılan yeni xətt 11 stansiyanı birləşdirəcək.

Qeyd edək ki, 1996-cı ildə istismara verilən Ankara Metropoliteninin ümumi uzunluğu 60,4 kilometrdir və 22 stansiyadan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti