...

Azərbaycan və İspaniya arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2014 19:28 (UTC +04:00)
İspaniya parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Bakıya səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.
Azərbaycan və İspaniya arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

İspaniya parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Bakıya səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan və İspaniya arasında iqtisadi sahədə əlaqələr uğurla davam etdirilir, əməkdaşlığın genişləndirilməsində rəsmi səfərlər və keçirilən görüşlər xüsusilə əhəmiyyətlidir. Bununla belə, ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə qeyri-neft sektorunda əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Nazir İspaniya şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirə biləcəklərini qeyd edib.

Görüşdə Ş.Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu bildirib, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, ölkəmizin investisiya yatıran ölkəyə çevrildiyini vurğulayıb. Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu qeyd edən iqtisadiyyat və sənaye naziri Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb.

İspaniya nümayəndə heyətinin rəhbəri, deputat Xose Maria Çikiyo ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, ölkəmizdəki sosial-iqtisadi inkişafın nümayəndə heyətində böyük təəssürat yaratdığını, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. X.M.Çikiyo turizm, kənd təsərrüfatı, sənaye, tikinti sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib, Azərbaycan iş adamlarını İspaniyaya dəvət edib.

Görüşdə, həmçinin Azərbaycan və İspaniya iş adamları arasında əlaqələrin inkişafı baxımından birgə biznes forumların keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti