...

Azərbaycanın fond bazarı 11 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2014 19:21 (UTC +04:00)
2014-cü ilin yanvarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 11,2 dəfə artaraq 1,483 milyard manat təşkil edib.
Azərbaycanın fond bazarı 11 dəfədən çox artıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 11,2 dəfə artaraq 1,483 milyard manat təşkil edib. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.

Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 917,14 faiz artması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı təqribən 1703,88 faiz artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvarda təqribən 1,18 milyard manat, korporativ kağızlar bazarının dövriyyəsi isə 303,23 milyon manat olub.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar ayı):

Bazarın seqmentləri

31.01.2014

31.01.2013

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

22 454 610.00

7

8 414 500.00

4

266.86%

Korporativ istiqrazlar - (təkrar bazar)

173 843 492.13

34

7 630 682.51

11

2278.22%

Səhmlər - (yerləşdirmə)

106 704 390.52

105

1 500 000.00

5

7113.63%

Səhmlər - (təkrar bazar)

223 592.09

278

251 601.04

322

88.87%

KQK bazarı cəmi

303 226 084.74

424

17 796 783.55

342

1703.83%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar ayı):

Bazarın seqmentləri

31.01.2014

31.01.2013

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

0.00

0

0.00

0

-

Dİ (AR MN) -

(təkrar bazar)

4 500 000.00

3

0.00

0

-

Notlar (AR MB) - (yerləşdirmə)

24 982 415.48

8

39 947 772.90

13

62.54%

Notlar (AR MB) -

(təkrar bazar)

0.00

0

39 949 480.00

3

0.00%

Repo əməliyyatları

1 150 446 378.09

86

48 755 781.81

6

2359.61%

DQK bazarı cəmi

1 179 928 793.57

97

128 653 034.71

22

917.14%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti