Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E. Əliyev/
2014-cü ilin yanvar ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "İnterneyşnl Tranzakşn Sistem" MMC başçılıq edib. Şirkət ümumi dəyəri 257,91 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
İkinci yeri ümumi həcmi 64,57 milyon manat olan broker xidmətləri göstərmiş "Paşa Kapital" MMC tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 55,07 milyon manatla "Xalq Kapital" MMC qərarlaşıb.
2014-cü ilin yanvar ayında qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcmi üzrə brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yeri |
Brokerlər |
Broker xidmətlərinin məbləği (AZN) |
1 |
"İnterneyşnl Tranzakşn Sistem" MMC |
257 914 001,04 |
2 |
"Paşa Kapital" MMC |
64 566 229,52 |
3 |
"Xalq Kapital" MMC |
55 071 991,70 |
4 |
"Brokdil-Az" MMC |
32 156 854,09 |
5 |
"Çelsi Kapital" MMC |
13 574 734,56 |
6 |
"Unicapital" ASC |
13 250 790,51 |
7 |
"Standard Kapital" MMC |
12 991 433,18 |
8 |
"Texnika Kapital Menecment" MMC |
12 718 404,87 |
9 |
"ADB-Broker" MMC |
10 014 929,63 |
10 |
"BoB Broker" MMC |
9 989 316,99 |