...

"Akkord" Korporasiyası "Sənaye ili" çərçivəsində qeyri-neft sənayesinin şaxələndirilməsinə ilk töhfəsini verdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 17:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü ili Azərbaycanda "Sənaye ili" elan edib. Prezidentin bu sərəncamında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və xüsusilə, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının gücləndirilməsinə, regionların sənaye potensialının artmasına və innovativ texnologiyalar əsasında sənayenin yenidən qurulmasına əlavə təkan verəcək.
"Akkord" Korporasiyası "Sənaye ili" çərçivəsində qeyri-neft sənayesinin şaxələndirilməsinə ilk töhfəsini verdi (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü ili Azərbaycanda "Sənaye ili" elan edib. Prezidentin bu sərəncamında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və xüsusilə, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının gücləndirilməsinə, regionların sənaye potensialının artmasına və innovativ texnologiyalar əsasında sənayenin yenidən qurulmasına əlavə təkan verəcək.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC də bu sərəncam və proqramlardan irəli gələn tələblər çərçivəsində öz fəaliyyətini daha da təkmilləşdirmək barədə qərar qəbul edib. Həmin qərarlar çərçivəsində Korporasiyanın tərkibində fəaliyyət göstərən bir sıra istehsal obyektlərinin daha səmərəli çalışması üçün yeni idarəetmə sistemlərinə keçidi nəzərdə tutulub.

Korporasiyadan Trend-ə daxil olan məlumatda deyilir ki, bu baxımdan ilk addım kimi, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Qazax rayonunun Daş Salahlı kəndinə yaxın ərazidə inşa etdiyi Qazax Sement Zavodu təşkilatlanaraq 2014-cü ildən "Qazax Sement Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətə başlayıb.

Zavod artıq "Akkord Sement" brendi altında dörd növdə sement istehsalını həyata keçirir. İstehsal edilən sement növlərinin keyfiyyəti Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib, müvafiq uyğunluq sertifikatları verilib.

Xatırladaq ki, Qazax Sement Zavodunun təntənəli açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 5 iyul 2013-cü il tarixdə həyata keçirilib. Zavodun layihələndirilməsi və proqramlaşdırılması dünyanın bu sahələrdə lider şirkətləri tərəfindən aparılıb. Zavod ən müasir avadanlıqla təchiz edilərək sementin quru üsulla istehsalını həyata keçirir. Tikintisinə 250 milyon manat investisiya qoyulmuş zavodda 700 nəfər işlə təmin olunub. Qazax Sement Zavodunun ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir.

Qazax Sement Zavodu 2014-cü ildə 1 milyon ton sementin istehsalını nəzərdə tutur. Bu mühüm layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafına təsir göstərməklə yanaşı, həm də ölkənin qeyri-neft sənayesinin şaxələndirilməsinə dəstək olacaq.

"Akkord" Korporasiyasının tərkibində fəaliyyət göstərən daha bir neçə istehsal obyektinin yeni idarəetmə sistemlərinə keçidi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti