...

Bakıda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2014 17:07 (UTC +04:00)
Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib.
Bakıda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, müzakirələr zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair sazişin müddəalarına riayət olunmasının mövcud vəziyyəti, beynəlxalq sərnişin və yük daşımalarındakı problemlərin araşdırılması və həlli, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, "Azəryolservis" ASC-nin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, eləcə də İranın beynəlxaq nəqliyyat birlikləri və sərnişindaşıma şirkətlərinin təmsilçiləri iştirak ediblər.

İclasın sonunda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın protokolunun imzalanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti