...

"Bank Standard"ın yeni filialı açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2014 15:48 (UTC +04:00)
“Bank Standard”ın Bülbül propekti 56 ünvanında (Xoreoqrafiya məktəbinin yaxınlığında) yerləşən yeni “Korporativ” filialı bankın 15-ci filialı oldu.
"Bank Standard"ın yeni filialı açıldı

Azərbaycan, Bakı, 14 fevral /Trend/

"Bank Standard"ın Bülbül propekti 56 ünvanında (Xoreoqrafiya məktəbinin yaxınlığında) yerləşən yeni "Korporativ" filialı bankın 15-ci filialı oldu.

Bankdan Trend-ə verilən məlumata görə, filialın açılmasında əsas məqsəd günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərməkdir. Özünün yüksək ixtisaslı mütəxəssis heyətilə "Korporativ" filialı istər hüquqi, istərsə də fiziki şəxslərə hesablaşma-xəzinə, depozitlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri və s. üzrə mükəmməl xidmət səviyyəsini təmin edəcək.

Filialın 365 kvadrat metrdən ibarət geniş sahəsi, müasir interyeri, yüksək texniki təhcizatla təmin edilməsi müştərilərin ürəyincə olacaq.

Sürətli internet, video konfrans və vaxta qənaət məqsədilə xüsusi olaraq ayrılan şəxsi menecerdən ibarət otaqda isə bankın VİP müştərilərınə fərdi xidmət göstəriləcək. Filialın "fərdi depozit seyfləri" xidməti isə müştərilərin qiymətli kağızlarının, zərgərlik məmulatlarının, nadir kolleksiyalarının etibarlı qorunmasını təmin edəcək.

Filial həftəiçi hər gün saat 09:30-dan 17:00-dək, şənbə günləri isə saat 09:30-dan 13:00-dək çalışır.

"Bank Standard" filiallarının tam siyahısı ilə göstərilən linkda tanış ola bilərsiniz:https://bankstandard.com/az/department/

Daha ətraflı məlumatı isə bankın https://bankstandard.com/az/ rəsmi saytından və ya 158 qısa nömrəsinə zəng vurmaqla əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti