...

Yanvarda Azərbaycanda 600-dən artıq gömrük qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2014 14:01 (UTC +04:00)
2014-cü ilin yanvar ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 636 inzibati qanun pozuntusu aşkar edilib.
Yanvarda Azərbaycanda 600-dən artıq gömrük qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir A.Axundov/

2014-cü ilin yanvar ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 636 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Onlardan 14-ü qanunsuz keçirməyə cəhd, 21-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 535 isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 30 fakt qeydə alınıb.

Məlumata görə, 26 fakt qaçaqmalçılıqla, 17-si isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 1,8 kiloqram narkotik vasitə, 1,91 kiloqram psixotrop maddə ələ keçirilib. Həmçinin 1 ədəd aksiz markaları olmadan malların idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvarda şübhəli şəxs qismində 33 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti