...

Azərbaycan-Polşa hökumətlərarası komissiyasının VI iclasının tarixi açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2014 07:00 (UTC +04:00)
Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasının tarixi açıqlanıb.
Azərbaycan-Polşa hökumətlərarası komissiyasının VI iclasının tarixi açıqlandı

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasının tarixi açıqlanıb. Bunu Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, iclas aprelin 13-15-də Bakıda keçiriləcək.

Diplomatik missiyadan verilən məlumata görə, iclas çərçivəsində, həmçinin iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forumun keçirilməsi planlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-sentyabr aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 35,8 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti